“Artıq toylar başladı” - Rəqsanə

artiq-toylar-basladi
Oxunma sayı: 16461

Bir neçə ildir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova üç aydan sonra toy məclisində iştirak edib.  

“Qafqazinfo” xəbər verir ki, sənətçi Moskvada karantin rejiminin yumşaldılmasından sonra məclis idarə edib. O, ilk olaraq azərbaycanlı müğənni Fəqan Səfərovun toy mərasiminə qatılıb. 

Müğənni daha sonra instaqramda videolar paylaşaraq “Üç ay əvvəl çox ağır bir dönəmi geridə qoyduq. Xəstəlik oldu, hər yer bağlandı və insanlar çətin anlar yaşadı. İndi biz normal həyata qayıtdıq. Həyatımız olsa da, yaşamağımız çətinləşmişdi. Üç ay geridə qaldı, artıq toylar başladı”,- deyə bildirib.