Asimlə Ramil son mənzilə yola salındı - Fotolar - Yenilənib

asimle-ramil-son-menzile-yola-salindi
Oxunma sayı: 17492

Sentyabrın 19-na keçən gecə Xocavənd ərazisində erməni diversiya qrupunun törətdiyi mina partlayışında həlak olan polis əməkdaşlarının ikisi ilə vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu və 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlunun cənazəsi bu gün ailələrinin yaşadığı Sumqayıt şəhərinə gətirilib.

Onlar Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcəklər.

***

Ramil Şirinov Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

***

Asim Camalzadə Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Foto: Pərvin Zeynal