Aşıq Namiq parkda döyülüb - Yenilənib

asiq-namiq-parkda-doyulub
Oxunma sayı: 9294

Tanınmış musiqiçi Aşıq Namiq (Hüseynov Namiq Cəbrayıl oğlu) döyülüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonunun Dədə Qorqud parkında baş verib. S.Babayev (şərti soyad) 1982-ci il təvəllüdlü Namiq Hüseynovun anası, 1967-ci il təvəllüdlü R.Babayevaya söz atdığını bildirib.

O, Aşıq Namiqə irad bildirib və mübahisə zəminində dava-dalaş düşüb. Daha sonra tərəflər mübahisəni Nəsimi rayonu ərazisində davam etdiriblər.

Həmçinın bu xəbəri oxuyun: Армянское издание вновь в своем амплуа - ПРОФЕССИОНАЛИЗМОМ И НЕ ПАХНЕТ

Hadisədən sonra S.Babayev və Aşıq Namiq Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə şikayət ediblər. Onların ikisi də döyüldüyünü bildirib.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Oxu.az saytı yayıb.

***

Aşıq Namiq Fərhadoğlu döyülməsi barədə yayılan məlumata aydınlıq gətirib. O, Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə parkda idman edən zaman baş verib:

“Mənə zəng gəldi. Həmin vaxt qarşımdan 65-70 yaşlarında olan iki qadın keçirdi. Sonra isə bir oğlan yaxınlaşdı ki, sən mənim anama söz atıb təhqir etmisən. Şoka düşdüm. “Qadın mənim anam yaşındadır, onunla nə işim ola bilər? Get işinlə məşğul ol”, - dedim. Bu zaman isə oğlan mənə əl-qol atmağa başladı. Orada olan adamlar mübahisəyə müdaxilə etdilər. Telefonum yerə düşdü və ekranı sındı”.

O qeyd edib ki, mübahisə etdikdən sonra parkdan həmin şəxslərin ardınca gedib: “Ara küçədə oğlana yaxınlaşdım və dedim ki, qadınlardan uzaqlaş, gəl söhbətləşək. Çünki o, həm mənim telefonumu qırıb, həm də mənə qarşı nalayiq sözlər işlədib. Burada da mənə əl-qol atmağa başladı. Təbii ki, mən də eləcə durası deyildim. Həmin vaxt oğlan mənim boğazımı sıxdı və gümüş boyunbağımı dartıb apardı. Bu vaxt yanımızdakı qadın hadisəni telefona çəkdi. Mən evə gəldim, fikirləşdim ki, namazımı qılım, polisə şikayət ərizəsi yazım. Elə həmin vaxt Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən mənə zəng vurub söylədilər ki, bir xanımı və onun oğlunu park ərazisində təhqir etdiyim üçün haqqımda şikayət var. Polis bölməsinə getdim və şikayətimi bildirdim. Orada polis bizə dedi ki, qarşılıqlı üzr istəyin və barışın. Dedim ki, mənim telefonum qırılıb, boyunbağım aparılıbsa, üzr istəməliyəm? Oğlan məndən üzr istədi”.