Ata və oğul evə çağırdıqları “Azəriqaz”ın əməkdaşını döydü - Saxlanılan var+Fotolar+Yenilənib

ata-ve-ogul-eve-cagirdiqlari-azeriqazin-emekdasini-doydu
Oxunma sayı: 2018

Nizami rayonu Keşlə qəsəbəsində “Azəriqaz”ın əməkdaşı M.Müzəffərovun abonent tərəfindən döyüldüyü iddia edilir.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş əməkdaşa zəng edərək qaz sərfiyyatının çox olduğunu deyib və məsələni aydınlaşdırmaq üçün mənzilinə gəlməsini tələb edib.

Həmçinin qeyd edilib ki, ünvana çatan kimi ata oğlu ilə birləşib və onu döyüb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası çağırılıb. Əməkdaş təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verən hadisə ilə bağlı şəxslər polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunub, izahatları alınıb:

“Hadisə aidiyyəti qurumun əməkdaşının xidməti fəaliyyəti zamanı yaranan mübahisə zəminində baş verib.

Hazırda müraciət üzrə araşdırma aparılır.

Məhkəmə-tibbi ekspertizanın təyin edilməsi nəzərdə tutulur.

Araşdırmanın nəticəsinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək”.

***

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi başlanılıb.

***

“Azəriqaz”ın əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən vətəndaş İntiqam Xıdırov saxlanılıb.