Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Pərvanə Əliyeva, 2007-ci il təvəllüdlü Aytən Xasıyeva, 1960-cı il təvəllüdlü Təranə Xəlilova və 1985-ci il təvəllüdlü Vüqar Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı

Son xəbərlər
Son Xəbərlər