Yanvar ayından bəri itkin düşən 86 yaşlı Salyan sakini Rafayət Nəsirovun axtarışları davam etdirilir.
Oğlu Vüqar Nəsirovun “Qafqazinfo”ya bildirdiyinə görə, atası sonuncu dəfə avtomagistraldakı müşahidə kameralarına düşüb.
“Atam sonuncu dəfə Salyan-Neftçala avtomagistralı üzərindəki müşahidə kameralarına düşüb. Bundan sonra hara getməsi bu günə qədər müəmmalı olaraq qalır.
İlkin ehtimallara görə, onun Kür çayı ərazisində batması istisna edilmir”, - V.Nəsirov söyləyib.
Qeyd edək ki, Salyan şəhəri, Əli bəy Hüseynzadə küçəsində yaşayan R.Nəsirov bu il yanvarın 31-i gecə saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun tapılması istiqamətində Salyan Rayon Polis Şöbəsi tərəfindən axtarış elan edilib və proses davam etdirilir.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər