“Atatürk” filmi 14 günə fantastik gəlir əldə etdi

ataturk-filmi-14-gune-fantastik-gelir-elde-etdi
Oxunma sayı: 5426

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün gəncliyindən bəhs edən “Atatürk” filmi barədə maraqlı faktlar məlum olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rolda Aras Bulut İynemlinin çəkildiyi film 14 günə 114 milyon lirə (təxminən 6,7 milyon manat) gəlir əldə edib.

Filmi 2 həftədə 1 milyon 36 min insan izləyib. Bu, il ərzində baxış sayı milyonu keçən 7-ci film olub.  Filmin rejissoru Mehmet Ada Öztekindir.

Qeyd edək ki, ekran işi Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü çərçivəsində çəkilib.