Atəşkəsdən sonra geri dönürlər - Video

ateskesden-sonra-geri-donurler
Oxunma sayı: 3024

Bu gün İsrail və HƏMAS arasında Qəzzada atəşkəsə dair əldə olunan razılaşma qüvvəyə minib. Bununla da İsrail qoşunları anklavın bəzi ərazilərindən geri çəkilməyə başlayıb.

“Qafqazinfo”nun “Əl-Cəzirə” telekanalına istinadən məlumatına görə, bu xəbərlərdən sonra on minlərlə fələstinli Qəzzanın şimalına qayıtmağa başlayıb.

Telekanal həmçinin Qəzza sakinlərinin geri qayıtmasının görüntülərini də yayıb.

Həmin görüntüləri təqdim edirik: