LANDAU School şagird qəbulu elan edir! - STEAM infrastrukturu, süni intellekt əsaslı kurikulum və yeni korpus

landau-school-sagird-qebulu-elan-edir
Oxunma sayı: 460

LANDAU School-a 2026/2027 tədris ili üzrə qəbul başladı. Məktəb tədris ilinə bir sıra akademik və texnoloji yeniliklərlə daxil olur.

STEAM infrastrukturu: Bu il əsas diqqət STEAM təhsil modelinin genişləndirilməsinə yönəlib. Məktəb bu istiqamətdə təxminən 500.000 manat dəyərində sərmayə ayıraraq bütün korpuslarda yeni STEAM otaqları yaradır. Bu otaqlar 3D printerlər, LEGO Education dəstləri, mühəndislik və robototexnika avadanlıqları ilə təchiz olunur. Şagirdlər dərslərdə LEGO dəstləri ilə mühəndislik bacarıqlarını inkişaf etdirəcək və 3D printerlər vasitəsilə öz layihələrini real obyektlərə çevirəcəklər. Məqsəd şagirdlərin nəzəri biliklərini praktik tətbiqlə birləşdirmək, onların analitik düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirməkdir.

Süni İntellektin İKT kurikulumuna inteqrasiyası: Texnologiya sürətlə inkişaf edir və LANDAU School bu dəyişiklikləri uğurla tətbiq edir. Kurikuluma daxil edilən Süni İntellekt (Sİ) dərsləri sayəsində şagirdlər süni intellekt alətlərinin iş prinsipini anlayır və rəqəmsal savadlılıq bacarıqlarını artırırlar. 21-ci əsrin bacarıqlarına əsaslanan bu dərslər uşaqlarda erkən yaşdan analitik düşünmə və süni intellektlə işləmək vərdişlərini formalaşdırır.

Yeni “City Garden” korpusu: LANDAU School yeni tədris ilində həmçinin təhsil şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addımını atır. Belə ki, sentyabr ayından etibarən yeni “City Garden” korpusu (ünvan: İslam Abışov küçəsi, “City Garden Nərimanov” Yaşayış Kompleksi) fəaliyyətə başlayacaq. Müasir tədris prinsiplərinə uyğun layihələndirilən bu korpusda həm rahatlıq, həm də təhlükəsizlik standartları ən yüksək səviyyədə nəzərə alınıb. “City Garden” korpusu ilə yaxından tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://www.instagram.com/reel/DVbdrMyDKxL/?igsh=MXJqY2I0NTNoNW5sYw==

LANDAU School-un akademik gücü məzunlarının əldə etdiyi nəticələrdə öz əksini tapır. Fəaliyyət göstərdiyi müddət ərzində məktəbin 278 məzunu olub, 2026-cı ildə isə daha 88 şagirdin məzun olması gözlənilir. Məzunların universitetə qəbul göstəricisi 100% təşkil edir. LANDAU School məzunları ABŞ, Avropa və Asiyanın aparıcı ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər. Onlar arasında King’s College London, UC Berkeley, UCL (University College London) və s. kimi TOP universitetlər yer alır. Xüsusilə qeyd etmək lazımdır ki, 2025-ci il məzunu Faiq Səfiyev 100% təqaüd qazanaraq ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Pensilvaniya Universitetinə qəbul olunub. Bu göstəricilər məktəbdə tətbiq olunan sistemli akademik hazırlığın, fərdi yanaşmanın və beynəlxalq universitetlərə yönəlmiş strategiyanın real nəticəsidir.

LANDAU School-un təqdim etdiyi müasir təhsil ekosistemi şagirdləri yalnız akademik deyil, həm də gələcəyin tələblərinə uyğun bacarıqlarla hazırlamağı hədəfləyir.

2026/2027 tədris ili üzrə qəbul açıqdır. Qeydiyyatdan keçmək üçün linkə keçid edərək onlayn formu doldurmağınız kifayətdir:

https://landauschool.com/az/forms/landau-school?step=4395

Ətraflı məlumat üçün: *1908.