Film kimi soyğun kamerya belə düşdü - Video

film-kimi-soygun-kamerya-bele-dusdu
Oxunma sayı: 627

İtaliyada Türkiyədən gələn logistika şirkətinə məxsus, təxminən 6 milyon avro dəyərində kakao daşıyan yük maşını dörd maskalı və silahlı şəxs tərəfindən hücuma məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bari yaxınlığındakı A-14 magistral yolunda qeydə alınıb.

Antalyada yerləşən logistika şirkətinin sürücüsü S.S. yük maşını ilə İtaliyadan Türkiyəyə qayıdarkən hücuma məruz qalıb.

Məlumata görə, dörd silahlı şəxs avtomobillə yük maşınının qarşısını kəsib. Maska taxan hücumçular rabitəni kəsmək üçün tıxacdan istifadə edib, daha sonra yük maşınının şüşəsini sındıraraq sürücünü zorla avtomobildən çıxarıb və ona hücum ediblər.

Hadisə zamanı üzərində mobil telefon və pul kisəsi olmayan sürücü bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlaya bilib. O, baş verənləri həyat yoldaşına danışdıqdan sonra qadın Antalyadakı şirkət rəhbərliyinə məlumat verib.

Hücumçuların atəş açdığı anların isə yük maşınının daxili kamerası tərəfindən qeydə alındığı bildirilir.

Yük maşınını ələ keçirən şəxslər qoşqunun kilidini aça bilməyiblər. Bundan sonra yük maşınını tərk edərək hadisə yerindən qaçıblar.

İtaliya hüquq-mühafizə orqanları yük maşınını daha sonra tapıblar. Hadisə ilə bağlı araşdırma davam edir və hücumda iştirak edən dörd şübhəlinin müəyyənləşdirilərək saxlanılması üçün tədbirlər görülür.