ATV-nin aparıcısı Əli Mirəliyevə “buynuz” qoydu - Foto

atv-nin-aparicisi-eli-mireliyeve-buynuz-qoydu-foto
Oxunma sayı: 907

“Qafqazinfo” sözügedən foto ilə bağlı Əli Mirəliyevin münasibətini də öyrənib. O, saytımıza açıqlamasında həmin fotonun montaj olduğunu bildirib: “İlkin yaxşı oğlandır, dostumuzdur, qardaşımızdır. O, elə şey etməz. Foto montaj olununb. Kimin nə üçün bunu etdiyini isə bilmirəm”.

İlkin Həsəni də həmin məsələyə aydınlıq gətirib. “Qafqazinfo”nun məlumatına görə, o, “facebook” hesabında həmin fotonun sadəcə təsadüf olduğunu qeyd edib: “Bir neçə saat bundan əvvəl Əli Mirəliyevlə bağlı foto paylaşmışdım. Əslində foto təsadüf nəticəsində belə alınmışdı. Mənim barmaqla victory (V) göstərməyim Əli Mirəliyevin başında çatladı! Fotonu isə fotoaparatın ekranından çəkib göndərmişdilər. Sonra onu mən paylaşdım. Bu haqda nə Əli Mirəliyev, nə də başqaları mənə heçnə deməyib,Vallah! Sadəcə paylaşmağımı düzgün hesab etməyib,burdan ÜZR istəyirəm, bir səhv etdim! Elə bildim gülməli alınacaq, amma tərbiyyəsizlik kimi çıxdı”.

Qeyd edək ki, teleaparıcı Facebook hesabından həmin fotonu silib.

Aynur B.