Avropada ən çox uçuş ləğv edən aviaşirkətlərin - Adları

avropada-en-cox-ucus-legv-eden-aviasirketlerin
Oxunma sayı: 1675

Avropada ən çox uçuş ləğv edən aviaşirkətlər məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Flightright” məlumat yayıb.

Bildirilib ki, bu siyahıya Almaniyanın “Lufthansa” şirkəti başçılıq edir. Belə ki, şirkət üç ayda reyslərinin 5,99 faizini ləğv edib (6803 ləğv etmə).

Siyahının ikinci pilləsində Niderlandın “KLM” aviaşirkəti qərarlaşıb. Onun reyslərin ləğv etmə payı isə 2,27 faizdir (1294 ləğv etmə). Üçüncü yerdə 2,25 faizlə Avstriyanın “Austrian Airlines” aviaşirkəti, dördüncü yerdə isə daha bir alman aviaşirkəti – “Eurowings” (1,51 faiz) yer alıb.