Avstraliyada ticarət mərkəzində bıçaqlı hücum - 6 ölü

avstraliyada-ticaret-merkezinde-bicaqli-hucum
Oxunma sayı: 2628

Avstraliyanın Sidney şəhərində ticarət mərkəzində bıçaqlı şəxs ətrafdakılara hücum edib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən şəxs 6 nəfəri bıçaqlayıb. 

Bıçaqlanan 6 nəfər həyatını itirib.

Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, baş vermiş hadisənin terror aktı olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.