Avtobusun altında qalaraq ölən şəxsin kimliyi bilindi - Yenilənib - Fotolar

avtobusun-altinda-qalaraq-olen-sexsin-kimliyi-bilindi
Oxunma sayı: 4645

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə “Koroğlu” Nəqliyyat Mübadiləsi Mərkəzində qeydə alınıb.

Belə ki, Koroğlu-Ramana istiqamətində hərəkət edən 99-JU-723 dövlət nömrə nişanlı 163 nömrəli marşrut avtobusu qəza törədib. Hadisə şəxsin piyada üçün nəzərdə tutulmayan ərazidən keçdiyi zaman baş verib. Avtobusun altında qalan şəxs hadisə yerində ölüb.

Polis əməkdaşları hadisə yerinə gəlib.

Xəbəri rus dilində oxuyun: В Нахчыване уволили главу госслужбы

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün metronun “Koroğlu” stansiyasının qarşısında “Bakubus” MMC-yə məxsus avtobusun altında qalaraq vəfat edən piyadanın kimliyi müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölən şəxsin 26 yaşlı İbrahimov Oruc İbrahim oğlu olması məlum olub.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.