Avtomobil süpürgəçini vurub öldürdü - Foto - Yenilənib

avtomobil-supurgecini-vurub-oldurdu
Oxunma sayı: 3829

Bakıda kommunal idarənin əməkdaşını avtomobil vurub.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev prospektinin Aeroport şosesi kimi tanınan hissəsində avtomobil süpürgəçi qadını vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli sorğumuza cavab olaraq bildirib ki, hadisəni “Fiat Doblo” markalı avtomobil törədib: “Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır. Hadisəyə hüquqi qiymət veriləcək”.

***

Bakıda avtomobilin vurub öldürdüyü süpürgəçinin kimliyi müəyyənləşib.

“Fiat Doblo” markalı avtomobilin “Buta Palace”nin yaxınlığında vurub öldürdüyü kommunal idarənin işçisinin Tovuzun Lazılar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Müseyib qızı Məmmədova olması müəyyənləşib.