“Ayaks” Respublika stadionunda məşq etməyəcək

ayaks-respublika-stadionunda-mesq-etmeyecek
Oxunma sayı: 532

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam klubunun yaydığı məlumatda bildirilib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 9-da saat 17:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:15-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

“Ayaks”ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) 14:00-da “Neftçi” Futbol Mərkəzində, mətbuat konfransı isə 16:15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü yerli vaxtla saat 21:45-də başlayacaq.