Azərbaycan əhalisinin sayı açıqlandı

azerbaycan-ehalisinin-sayi-aciqlandi
Oxunma sayı: 4735

Azərbaycan əhalisinin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu ilin oktyabr ayının 1-i hesablanmış əhalinin sayı 10 168 369 nəfər təşkil edib.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.