Azərbaycan-Ermənistan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək

azerbaycan-ermenistan-serhedinde-delimitasiya-komissiyasinin-iclasi-kecirilecek
Oxunma sayı: 1397

Yanvarın sonunda Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının növbəti iclasının keçirilməsi planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Qriqoryanın sözlərinə görə, yeni görüşün keçirilməsi ilə bağlı razılıq var.

Qeyd edək ki, bundan əvvəlki görüş ötən il noyabrın 30-da baş tutub. Görüşün nümayəndə heyətlərinə iki ölkənin baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik ediblər.