“Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyirik” - Ərdoğan

azerbaycan-gurcustan-ermenistan-ucterefli-emekdasligini-destekleyirik
Oxunma sayı: 1535

"Türkiyə Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyir”.

"Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarı kimi görür. İnanıram ki, hərtərəfli regional əməkdaşlıq əsasında birgə işləyə bilərik. Bu baxımdan, Azərbaycanla əməkdaşlığımız əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını da Türkiyə olaraq dəstəkləyirik", - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, mövcud mexanizmləri qətiyyətli və ideal şəkildə təqdim edərək birgə addımlar atılacaq.