Azərbaycan Moskvada 133 milyon dollara şirkət aldı - Fotolar

azerbaycan-moskvada-133-milyon-dollara-sirket-aldi-fotolar
Oxunma sayı: 647

Azərbaycan Dövlət Neft Fondu Moskvanın mərkəzində yerləşən “Aktyor” qalereyasını alıb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Paytaxt Sığorta Qrupu “SOCAR”a “Tver 16” şirkətinin 100 faiz səhmlərini 133 milyon dollara satıb.

Paytaxt Sığorta Qrupunun prezidenti Dmitri Timoxinin sözlərinə görə, saziş sığorta şirkətinin maliyyə vəziyyətinin yaxşılaşdırılması proqramı çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, Rusiya mətbuatı daha öncə Azərbaycan Dövlət Neft Fondunun Rusiya Federal Antiinhisar Xidmətinə “Tverskaya, 16” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 100 faizinin alınması ilə bağlı müraciət etdiyini yazmışdı.

Qeyd edək ki, “Aktyor” qalereyası 1882-ci ildə tikilib. Sovetlər dönəmində bu binada Ümumrusiya Teatr Cəmiyyəti, Aktyorlar Evi və eyni adlı restoran yerləşib. 1995-ci ildə yenidənqurma işləri aparılıb. Hazırda qalereyadakı ticarət-iş mərkəzinin sahəsi 18 min kvadratmetrdir. “Aktyor” qalereyası Moskvada məşhur “Armenia” mağazası ilə üzbəüz yerləşir.

Səidə