Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdilər

azerbaycan-ve-ermenistan-arasindaki-sulh-danisiqlarini-muzakire-etdiler
Oxunma sayı: 1158

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada səfərdədir. O, səfər çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Fidan və Blinken görüşdə bir sıra xarici və regional məsələlərdən danışıblar.

Belə ki, onlar ikitərəfli münasibətləri, Qəzza zolağındakı hadisələri, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını müzakirə ediblər.

Görüşdə ölkələr arasında planlaşdırılan yüksəksəviyyəli səfərlər ətrafında da fikir mübadiləsi aparılıb.