Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib

azerbaycan-ve-turkiye-herbcileri-birge-telimler-kecib
Oxunma sayı: 1317

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.