Azərbaycan xalçaları “CNN”də

azerbaycan-xalcalari-cnnde
Oxunma sayı: 2446

“Azərbaycanda toxucular çox vaxt xalçalar vasitəsilə emosiya və ideyaları bölüşür, “onlara öz övladlarının əziz yaradıcılığı kimi yanaşırlar. Xalçaçılıq təkcə sənət deyil. Bu, dərin bir ehtiras, sevgi mənbəyi və ömürlük yoldaşdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN” telekanalının dərc etdiyi sərlövhədə qeyd olunub.

 Məqalədə Bakıda yerləşən məhşur Xalçaçılıq Muzeyi və onun yaranma tarixinə də yer verilib.

Müəllif yazıb ki, xalçaçılıq texnikası nəsildən-nəslə ötürülür və hər bir xalça özünəməxsus hekayəsini danışa bilər:

“Bu, elə bir bədii fenomendir ki, 2010-cu ildə UNESCO ənənəvi Azərbaycan xalçaçılıq sənətini Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edib. Ölkənin paytaxtı Bakıda hamı tərəfindən sevilən xalçanın ən parlaq təcəssümü qızılı həndəsi naxışla bəzədilmiş, yarım yuvarlanmış nəhəng xalçaya bənzəyən bina şəklində təqdim olunur”.

Məqalədə Azərbaycanın xalçaçılıq tarixindən də bəhs edilir. Müəllif yazır ki, X əsrə aid hesab etdiyi, türk ədəbiyyatının günümüzə qədər gəlib çatmış ən qədim əsərlərindən biri olan “Kitabi-Dədə Qorqud” kitabında Azərbaycan xalçaları yüksək qiymətləndirilib.