Azərbaycanın yunan-Roma üzrə güləş millisinin sabiq üzvü Cabbar Yusifi həbs edilib. “Qafqazinfo” xəbər verir ki, o, silah satmaqda günahlandırılır.
Moskvanın Basman Rayon Məhkəməsinin hökmünə əsasən, o, 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cabbar Yusifi 2023-cü ildə saxlanılmışdı.
Xatırladaq ki, o, İnterpol tərəfindən də axtarışa verilib.