“Azərbaycana dəstəyimizə görə Kanada kameralara embarqo qoydu” - Ərdoğan

azerbaycana-desteyimize-gore-kanada-kameralara-embarqo-qoydu
Oxunma sayı: 9191

“Azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstək səbəbindən Kanada PUA-larımızın bəzilərində istifadə etdiyimiz kameralara embarqo qoydu”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz də ASELANS şirkətində yenilərini istehsal etdik, PUA-larımıza qoşub yolumuza davam etdik. Eyni kameralardan daha yaxşısını istehsal etmək üçün layihəyə başlamışıq”, - deyə Ərdoğan bildirib.