Azərbaycana yaz gəldi...

azerbaycana-yaz-geldi
Oxunma sayı: 3121

Azərbaycana yaz fəsli daxil olub.

Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya verilən məlumata görə, bu il yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olub.

Bu zaman gecə ilə gündüz bərabərləşib. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib.

Həmin andan etibarən şimal yarım kürəsində yaz fəsli başlayıb.