Azərbaycanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək

azerbaycanda-avropa-siyasi-birliyinin-sammiti-kecirilecek
Oxunma sayı: 1238

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” hesabında paylaşıb. 

Onun sözlərinə görə, Tiranada keçirilən uğurlu sammitdən sonra Avroya Siyasi Birliyi cari ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq.

O əlavə edib ki, sammitlər eyni zamanda 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.