Azərbaycanda avtobusda cinayət - Arvadının yanında öldürüldü

azerbaycanda-avtobusda-cinayet
Oxunma sayı: 7348

Bu gün Cəlilabad rayonunda dəhşətli qətl törədilib. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, saat 14 radələrində rayon mərkəzindən Uzuntəpə kəndində gedən yolda hərəkətdə olan marşrut avtobusunda 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Əhməd oğlu həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisə qəfil baş verdiyindən avtobusdakı sərnişinlər müdaxilə edə bilməyib. Sürücü yaralını xəstəxanaya çatdırsa da, artıq gec olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 18 yaşlı Əvəz Həmzəyev polisə təslim olub.

Bildirilir ki, R.Hüseynov qətlə yetirilərkən avtobusda onun həyat yoldaşı da olub.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi açılıb, istintaq aparılır.