“Qafqazinfo”nun məlumatına görə, Əsərin məzmunu ilə tanış olduqda aydın olur ki, Makedoniyalı İsgəndər, Çingiz Xan, Əmir Teymur, Şah İsmayıl Xətai kimi dünya şöhrətli hökmdarlarla bir sırada dayanan, öz qılıncıyla möhtəşəm Əfşar imperatorluğu qurmuş Nadir şahın hərbi-siyasi fəaliyyətini və faciəvi sonluqla bitən həyatım oxucuların gözləri önündə canlandırmaq üçün müəllif bu tarixi şəxsiyyət haqqında mövcud olan bir çox qiymətli tədqiqat əsərlərinə və sənədli qaynaqlara müraciət edib. Bu tarixi faktlar əsasında müəllif əsərdə bir-birindən maraqlı döyüş səhnələri, dolğun xarakter yaratmağa və bədii-fəlsəfi ümumiləşdirmələr aparmağa nail olub.
680 səhifədən ibarət olan kitab, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən nəşr olunub. Kitabın redaktoru Bakı Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, dosent Mehman Abdullayevdir. “Sonuncu Fateh”dəki illüstrasiyalar xalq rəssamı Arif Hüseynov və Yavər Əsədov tərəfindən hazırlanıb.
Bəkir Nəbiyevin 2010-cu ildə ön söz yazdığı kitabda dövlət müstəqilliyinə əbədilik qovuşmuş Azərbaycan Respublikası bu gün özünün intibah dövrünün yaşadığı və həyatın bütün sahələrində tariximizin heç bir mərhələsində görünməmiş yeni, bir-birindən vacib, əlamətdar uğurlara imza atdığı qeyd olunur: “Belə bir vaxtda millət öz yaradıcı ziyalılarının gözləri ilə bir növ arxaya boylanır, xalq taleyinin yaxın-uzaq keçmişinə müraciət edib mühüm hadisələri, ötən əsrlərin görkəmli dövlət, elm, ədəbiyyat, incəsənət xadimlərinin həyat və fəaliyyətini yaşadığımız çağın intibah işığında yenidən araşdırır və qiymətləndirir. Bu, çox təbii və yüksək dərəcədə zəruri bir prosesdir. Attilladan üzü bəri ən görkəmli türk böyüklərinə həsr edilmiş elmi və bədii əsərlərin son illərdə bir sıra maraqlı nümunələrinin meydana gəlməsi xalqın özünün mənəvi istəklərindən doğduğu üçün məqbul, maraqlı və arzuedilən bir əlamətdir. Görkəmli ədibimiz Hüseynbala Mirələmovun «Sonııncu fateh» romanı da bu mənəvi tələbatdan doğan qiymətli əsərlərdən biridir.
«Sonuncu fateh» ədibin ilk tarixi romanıdır.
Ümumiyyətlə, tarixi mövzuda əsər yazmağın, özəlliklə də məlum mövzularda sanballı tarixi ro¬man meydana qoymağın özünə görə çox ciddi yaradıcılıq məsuliyyəti var. Yazıçı bədii təşrihini verdiyi dövrün mühüm ictimai-siyasi hadisələrini, adət- ənənələrini, bu adət və ənənələrin daşıyıcısı olan insanları, onların psixologiyasını, konkret zaman kəsiyində həmvətənlərinin həyat və dolanışıq tərzini, geydikləri əlbisəni, işlətdikləri alətləri, vətənin, yurdun müdafiəsinə gedəndə qurşandıqları silahları, bir-biri ilə ünsiyyətdə danışdıqları dilin xüsusiyyətlərini, ən vacib söz və ifadələrin işlədilməsi tezliyini, xalqın folklorunu, musiqisini və s. və i.a. yaxşı öyrənməli, bütün bunlardan da əsərində yaradıcılıq yolu ilə faydalanaraq təsvir etdiyi dövrlə bu günün oxucusu arasında zaman səddini aradan qaldırmağa bacarmalıdır. H. Mirələmov həmin vəzifənin öhdəsində müvəffəqiyyətlə gələrək, bundan əvvəlki cümlədə işlətdiyimiz bütün mətləblərin məcmusunu ğzünün əsas fikri-bədii məqsədinə yğnəldə bilmişdir.
Epik janrda yazıçı sənətkarlığının özünü göstərdiyi ən universal müstəvi, əlbəttə, bədii obrazlar, xarakterlərdir. H.Mirələmovun romanındakı əsas obrazlar arasında ən çox yer verilib yadda qalanı, təbiidir ki, Nadir şahın özüdür. Elə buradaca yada salıram ki, Na¬dir şahın taleyi Azərbaycan ədəbiyyatmı XIX əsrin lap sonlarından başlayaraq maraqlandırmışdır. Bu obrazı Azərbaycan dramaturgiyasına ilk dəfə görkəmli yazıçı və ictimai xadim Nəriman Nərimanov (1870-1925) gətirmişdir. Bu əsərin əvvəlində Nadir vaxtaşırı uzaq- yaxın obalara hücum edib qətl-qarətlə məşğul olan bir quldur kimi təqdim olunur. Əsərdə işarə var ki, guya onun atası da quldur olmuşdur. Dayısı Cavad növbəti qarətdən təzə qayıtmış Nadiri danlayır, ona öyüd verib deyir ki, quldurluqdan, bu «yaman peşədən» əl çəkib öz gücünü, istedadını vətən və millət yolunda sərf etsin, yad əllərdə qalmış ata-baba torpaqlarını düşmənlərdən azad etsin. Guya bu nəsihət Nadiri ayıldır və o, öz qüvvət və məharətini elin-obanın azadlığı və rifahı işinə yönəldir. Əsərin növbəti, doqquzuncu gəlişində Nadir də öz yeniyetmə oğlu Rzaquluya nəsihət edir ki, quldurluq pis işdir, öz gələcək fəaliyyətini xalqın rifahına həsr etsin, qılncını vətənin istiqlalı uğrunda mübarizə üçün qınından çıxartsın. Pyesin sonrakı məclis və gəlişlərində Nadirin, qulluğunda olduğu Şah Təhmasib sarayındakı intriqalara sinə gərməsi və əfqanlarla dava epizodlan barədə informasiya səslənir, bu döyüşlər hardasa, əsasən səhnə arxasında cərəyan edir. Beşinci, sonuncu məclisdəki gəlişlərdə meşədə ov edərkən Nadir şaha qarşı sui-qəsd edilməsi və onun bu işdə əli olduğunu güman etdiyi şahzadə Rzaqulunun gözlərini çıxartdırması faciəsi yer alır. Son iki gəlişdə isə I əsas yeri bu dəhşətli hökmü verməkdə yanıldığını başa düşan Nadirin yaşadığı ağır peşmanlıq həyəcanları tutur. Finalda Nadir şah saraya yaxın olan bir neçə bəy farəfindən xaincəsinə öldürülür...
Romandakı hadisələri şərti olaraq iki yerə bölüb demək olar ki, onlardan biri, Nadirin hərbi yürüşlərinin təfsilatlı, realist təsvirlərindən ibarətdir. Bu yürüşlərin strateji zəruriliyinin müzakirəsi, hərbi əməliyyatlara geniş hazırlıq, yeni canlı qüvvə toplayıb silahlandırmaq, digər təminat-təchizat məsələlərini yoluna qoymaq, nəhayət konkret döyüş, şücaət, qəhrəmanlıq səhnələrinin təsviri - Nadirin özünün həm qələbənin təşkilatçısı olması, həm də şəxsi qəhrəmanlıq nümunələri göstərməsi bu təsvirlərin əsasını təşkil edir. Bunlar bir orta əsr fatehinə həsr olunmuş epik əsər üçün tamamilə təbii və çox da vacib məqamlardır.
Əsərdəki bu müstəqil təqdimatlardan heç də az əhəmiyyətli olmayan digər təsvirlər isə obrazlann, birinci növbədə isə əlbəttə, Nadir şahın özünün daxili aləminin, onun fikir və duyğular dünyasının açılıb göstərilməsi ilə bağlıdır. Yazıçı hər iki sahədə səriştə sahibi olduğunu nümayiş etdirir. Lakin etiraf edək ki, hökmdar psixologiyasının açılmasına yönəlmiş təsvirlər heç də vuruş səhnəsinin təsvirindən geri qalmır və oxucu bunların hamısını məmnuniyyətlə izləyir. Arada artıq ədibin irəliki roman və povestlərində dönə-dönə sınaqlardan çıxmış psixoloji təşrih ustalığı da öz səmərəsini göstərir.
Hörmətli oxucu! Bu məqalə romanın nəşrinə ön söz kimi yazılmışdır. Ən yaxşı ön söz, müqəddimə, vaxud giriş onun ardınca gələn romanm mahiyyəti, obrazları, dili və bədii təsvir vasitoləri, üslub xüsusiyyətləri haqqında olsa-olsa bir ümumi təsəvvür oyada bilər, nisbətən təcrübəsiz oxucuya əsərdəki ayrı-ayrı məqamları şərh edə bilər. Hər bir kamil bədii əsər, özəlliklə də tarixi roman isə, el arasında deyildiyi kimi, qiymətli incilərlə dolu ağzı bağlı bir sandıqdır. Bu ön sözü bir açar sanıb onunla sandığı açın və tarixi romanın geniş imkanlarım özündə əks etdirən «Sonuncu fateh»i oxuyun. Əsərin səhifələrindəki inci- lərdən faydalanın. Əgər sizi romanı mütaliə etməyə meyilləndirə, həvəsləndirə bildimsə, deməli ön söz müəllifi kimi mən öz mütəvaze məqsədimə nail olmuşam. Səbr və təmkin göstərib bu bir neçə səhifəni nəzərdən keçirdiyiniz üçün sağ olun”.