Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü - Fotolar

azerbaycanda-vezifeli-sexs-yol-qezasinda-oldu
Oxunma sayı: 8206

Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı vəzifəli şəxs ölüb. 

“Qafqazinfo”nun “Report”a istinadən verdiyi məlumata görə, “Hyundai” markalı 51-BE-382 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan iki nəfər ölüb. Ölənlərdən birinin Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru, rayonun İnstitut qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü İlqar Zeynal oğlu Zeynalov olduğu bildirilir.

Qəza nəticəsində ölən digər şəxs isə onun qonşusu Mahir Məmmədzadə olub.