Azərbaycanda zəlzələ oldu - 5 bal

azerbaycanda-zelzele-oldu
Oxunma sayı: 8408

Azərbaycanda zəlzələ olub.

"Qafqazinfo" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla 08:49:49-da İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ ətraf rayonlarda  5 bala kimi hiss olunub.

***

"Qafqazinfo"ya cənub bölgəsində yaşayan sakinlərin verdiyi məlumata görə, zəlzələ Biləsuvarda da hiss olunub.