Azərbaycanı müzakirələrdə o təmsil edir - Foto

azerbaycani-muzakirelerde-o-temsil-edir
Oxunma sayı: 17018

Xəbər verdiyimiz kimi, hazırda Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndə heyəti ilə görüş keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın mərkəzi hakimiyyətini müzakirələrdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov təmsil edir.

Qeyd edək ki, Ramin Məmmədovun özü əslən Qarabağdandır. O, 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib. 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.

2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. 

Xatırladaq ki, R. Məmmədov bu il martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü.