“Azərbaycanın haqlı davasını dəstəkləyirik”

azerbaycanin-haqli-davasini-destekleyirik
Oxunma sayı: 4438

“Münaqişə və münaqişələrlə əhatə olunmuş regionun mərkəzində yerləşən ölkəmiz prezidentimizin rəhbərliyi ilə böhran və problemlərin həlli istiqamətində mühüm təşəbbüslər irəli sürür”.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmilərlə birlikdə Şanlıurfaya sərəfində deyib.

“Bu mövzuda Qarabağda, Liviyada, Ukrayna-Rusiya müharibəsində, Yaxın Şərqdə və yaxın coğrafiyamızda bir çox problemlərin həlli üçün gərgin səylər göstərərək böyük və dəyərli təşəbbüslər etmişik və etməkdə davam edirik.

Türk Silahlı Qüvvələri olaraq qardaş, dost və müttəfiq ölkələrin, xüsusilə Kipr və Azərbaycanın haqqlı davasını dəstəkləyirik. Biz qlobal və regional təhlükəsizliyə, sülhə və sabitliyə töhfə veririk”, - nazir əlavə edib.