Azərbaycanın tanınmış biznes ledisi Ruhidən şok xəbər - Müjdə

azerbaycanin-taninmis-biznes-ledisi-ruhiden-sok-xeber-mujde-
Oxunma sayı: 786

Azərbaycanın tanınmış biznes ledisi Ruhinin səhhətinin pisləşməsi ilə bağlı məlumatlar səngimək bilmir. “Qafqazinfo”nun məlumatına görə, bir müddət əvvəl Ruhinin Türkiyədə alman klinikalarının birində müalicə olunması xəbəri yayılmışdı. Əldə etdiyimiz məlumata görə, Ruhi bu günlərdə səhhətinin yenidən pisləşməsi ilə bağlı Azərbaycanı tərk edib və Türkiyədəki həmin alman klinikasına yerləşdirilib. Başqa, məlumatlara görə, Ruhi xanımın Avropada klinikalardan birində olduğu da deyilir.

Ruhinin PR meneceri Nəzakət Hacıyeva “Qafqazinfo”ya açıqlamasında onun Bakıda olmamasını təsdiqləsə də, səhhəti ilə əlaqədar yayılanlardan xəbərsiz olduğunu bildirib.

“Qafqazinfo”nun özəl olaraq əldə etdiyi informasiyalara görə, Ruhi xanımın səhhətinin pisləşməsi, bu dəfə belə demək mümkünsə xoş səbəbdəndir. Belə ki, o, artıq hamilədir və səhhətindəki narahatlıq da bununla bağlıdır.

Qeyd edək ki, Ruhi ana olmaq üçün uzun müddət müalicə alıb. O, dəfələrlə mətbuata müsahibəsində ən böyük arzusunun məhz ana olmaq istəyi ilə bağlı olduğunu, bu arzusu gerçəkləşməzsə uşaq evlərindən birindən övladlığa körpə də götürəcəyini bildirib.

Lakin görünür Allahın lütfü ilə buna ehtiyac qalmayıb və tanınmış biznes ledi, gözəl xanım Ruhiyə ilahi tərəfindən analıq hissini yaşamaq da bəxş edilib.