Azərbaycanlı futbolçu faciəvi şəkildə vəfat etdi - Yenilənib

azerbaycanli-futbolcu-facievi-sekilde-vefat-etdi
Oxunma sayı: 13369

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasının oyunçusu Amid Alxasov faciəvi şəkildə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində məlumat paylaşılıb.

“Sabah” FK gənc futbolçu Amid Alxasovun faciəvi şəkildə dünyasını dəyişməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, A. Alxasov ötən mövsümü icarə əsasında “Səbail” PFK-nın U-19 komandasında keçirib.

***

“Sabah” FK-dan saytımıza bildirilib ki, gənc oyunçu çayda boğularaq ölüb.