Azərbaycanlı nazirə Serbiyada orden verildi - Fotolar

azerbaycanli-nazire-serbiyada-orden-verildi
Oxunma sayı: 2827

Xarici İşlər naziri Ceyhun Bayramov Serbiyada mükafatlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Serbiya mətbuatı məlumat yayıb.

Məlumata görə, nazir “Birinci dərəcəli Serbiya Bayrağı” ordeni ilə təltif edilib.

Qeyd edilib ki, o, Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə mükafatlandırılıb.

C.Bayramov çıxış edərək mükafatın Serbiya rəhbərliyinin Azərbaycana verdiyi önəmin bariz nümunəsi olduğunu bildirib.