“Nyukasl”la matçda zədələnən Bəhlulun yeni - Fotosu

nyukaslla-matcda-zedelenen-behlulun-yeni
Oxunma sayı: 337

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə sosial şəbəkə hesabında qoltuqaltı əsa ilə görüntüləndiyi fotosunu paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda zədələnən oyunçunun paylaşımı azarkeşlərin diqqətini çəkib.

Xatırladaq ki, “Nyukasl”la Bakıda baş tutan və komandamız üçün uğursuz nəticələnən (1:6) həmin matçın 21-ci dəqiqəsində Bəhlul Mustafazadə bud nahiyəsindən aldığı zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etməli olmuşdu. Onu oyunda Dani Bolt əvəzləmişdi.