Millimiz Fransa, İtaliya və Avstriya ilə mübarizə aparacaq

millimiz-fransa-italiya-ve-avstriya-ile-mubarize-aparacaq
Oxunma sayı: 451

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, püşkatma mərasimi Slovakiyanın paytaxtı Bratislavada keçirilib.

Püşkatma zamanı birinci səbətdə yer alan Azərbaycan komandası F qrupunda Fransa, İtaliya və Avstriya yığmalarına rəqib olub.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.