Azərbaycanlı “nurçu” Rusiyada həbs edildi

azerbaycanli-nurcu-rusiyada-hebs-edildi
Oxunma sayı: 736

Elə bu vaxtlarda Rəşid Abdulov Türkiyədən Ulyanovskda “Risalə və Nur Camaatlığı” yaratmaq göstərişi alır. O, ekstremist fəaliyyətinə mərkəzi məscidin imamı İlham Hisanutdinov və Ulyanovsk universitetlərindən birinin tələbəsi Ayrat Axtyamovu da cəlb edir.

Onların əhali arasında anti-Rusiya və anti-konstitusiya təbliğatı apardıqları bildirilir. 2011-ci ilin yanvarına qədər onlar mənzillərdə gizli yığıncaqlar təşkil etməklə gəncləri cəlb edərək ekstremist ədəbiyyatı öyrədirdilər. Qadağan edilmiş təşkilatın ideoloqlarının Rusiyanı kütləvi islamlaşmaya çağırdığı və onu Ümumdünya Xilafətinə cəlb etdiyi iddia edilir.

Abdulov Rəşid tanınmış dini birləşmənin fəaliyyətinin təşkilinə, nifrətin və ya düşmənçiliyin yaradılmasına istiqamətlənmiş ictimai fəaliyyətə, həmçinin insanların dini əlamətlərinə görə ləyaqətlərinin alçaldılmasında günahkar hesab edilərək 1 ilə qədər azadlıqdan məhrum edilib. İlham Hisanutdinov və Ayrat Axtyamov isə federal axtarışa veriliblər.

Səidə