Azərbaycanlı qadınları fahişəliyə cəlb edən şəxsə ağır cəza

azerbaycanli-qadinlari-fahiseliye-celb-eden-sexse-agir-ceza
Oxunma sayı: 3442

Azərbaycanlı qadınları xaricdə fahişəliyə cəlb etməkdə təqsirləndirilən şəxsə ağır cəza verilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində S. Durmuşovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qadına qarşı Cinayət Məcəlləsinin 144-1-ci maddəsi (insan alveri) ilə ittiham elan olunub.

İstintaq müəyyən edib ki, Durmuşova azərbaycanlı qadınları xaricə aparıb, orada cinsi istismara məruz qoyub. O, həmin qadınlardan bir neçəsinin DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayəti əsasında saxlanılıb.

Amin Nəzərli