Azərbaycanlının şirkəti Nyu-Yorkda “Top-10”a düşüb - Video

azerbaycanlinin-sirketi-nyu-yorkda-top-10a-dusub
Oxunma sayı: 3392

Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası Diaspor TV-nin İctimai televiziya ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının ABŞ-nin Nyu-York şəhərində çəkilən buraxılışının qonağı gənc azərbaycanlı şahmatçı və iş adamı Elvin Bağır-Pour olub.

“Qafqazinfo” xəbər verir ki, Elvin Bağır-Pour müsahibəsində ABŞ-də yaratdığı şirkətin fəaliyyətindən, şahmatçı və iş adamı kimi uğurlarından danışıb.

Müsahibədə beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pourun rəhbərlik etdiyi “Chess Father” şirkətinin ABŞ-nin Nyu-York şəhərində  “Top-10”a düşməsi diqqətə çatdırılıb.

Nəzərə çatdıraq ki, “Chess Father” şirkətinin təşkilatçılığı ilə ötən il ABŞ-də müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Heydər Əliyev adına beynəlxalq şahmat turniri keçirilib.

Qeyd edək ki, jurnalist, DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” 6 ildir fəaliyyət göstərən Diaspor TV-nin ən populyar proqramıdır. Bu günə qədər dünyanın müxtəlif ölkələrində yaşayan  yüzlərlə soydaşımız proqramın qonağı olub, onların haqqında maraqlı süjetlər təqdim edilib. Dünya azərbaycanlılarından və ölkəmizin diaspor siyasətindən bəhs edən “Vətən uzaqda deyil”  proqramı ayda iki dəfə saat 14:30-da İctimai TV-nin efirində yayımlanır.  

Elvin Bağır-Pourla müsahibəyə aşağıdakı linkdə baxa bilərsiniz: