“Azerconnect” şirkətinin Qarabağa investisiyası 60 milyona çatacaq

azerconnect-sirketinin-qarabaga-investisiyasi-60-milyona-catacaq
Oxunma sayı: 2450

Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində innovasiyaların tətbiqi ilə seçilən Azerconnect şirkəti tərəfindən Azərbaycanın azad edilmiş ərazilərində telekommunikasiya infrastrukturunun bərpasına və inkişafına yatırılan sərmayənin həcmi 60 milyon manata çatacaq. Bu barədə şirkətdən bildirilib.

Qeyd edək ki, ölkəmizin Qarabağ bölgəsində telekommunikasiya şəbəkəsinin qurulmasına bu günə kimi "Azerconnect" tərəfindən artıq 24 milyon manat həcmində sərmayə yatırılıb.

"NEQSOL Holding"in tərkibinə daxil olan "Azerconnect" şirkəti həmçinin regionda daimi əsaslı yeni iş yerlərinin açılması istiqamətində də fəaliyyətini davam etdirir. Belə ki, Azerconnect tərəfindən yaxın zamanda 100-ə yaxın şəxsin yeni iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub.

Qeyd olunanlar azad olunmuş ərazilərdə telekommunikasiya infrastrukturunun bərpası və inkişafı, eləcə də ən son texnologiyaların tətbiqinə öz töhfəsini verəcək.

Görülən bu işlər NEQSOL Holding-in Azərbaycanın azad edilmiş ərazilərinə ümumilikdə 200 mln manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir.

"Azerconnect" dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən şirkətdir və "NEQSOL Holding"in tərkibinə daxildir.