“Azeri Light”ın qiyməti yenə 100 dolları ötdü

azeri-lightin-qiymeti-yene-100-dollari-otdu
Oxunma sayı: 348

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.29 dollar və ya 3,34% artaraq 101.87 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 98.58 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.