“Azeri Light” ucuzlaşdı

azeri-light-ucuzlasdi
Oxunma sayı: 2240

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,2 ABŞ dolları və ya 4,85 % azalaraq 82,3 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 86,5 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları təşkil edib.