“Azərişıq” gücləndirilmiş rejimdə işləyəcək

azerisiq-guclendirilmis-rejimde-isleyecek
Oxunma sayı: 916

“Azərişıq” ASC Novruz bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, cəmiyyət bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrmizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

Həmçinin, abonentlərimiz bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.