“Azərişıq” Samuxda yenidənqurma işlərini davam etdirir - Video

azerisiq-samuxda-yenidenqurma-islerini-davam-etdirir
Oxunma sayı: 1390

“Azərişıq” Samux elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən 4 kəndin elektrik təsərrüfatı yeniləyib. 

“Qafqazinfo” xəbər verir ki, rayonunun Seyidlər, Qədili, Sarıqamış və Sərkar kəndlərində 0.4 və 10 kV-luq şəbəkələrin yenidənqurulması və bərpa işləri tam yekunlaşıb. Həmin kəndlərdə köhnə, açıq naqillər müasir tipli özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Həmçinin, 0.4 kV-luq dayaqlar tamamilə yenilənib. Kəndlərdə yeni sayğaclar, 20 ədəd yeni müasir tipli KTM quraşdırılıb. Hazırda rayonun Alıuşağı kəndində yenidənqurma işləri davam edir. 

Samux rayonunun və kəndlərinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə Samux Elektrik şəbəkəsinin xidməti ərazisində 110/35/10 kV-luq istilik yarımstansiyası tam yenidən qurulub istifadəyə verilib. Həmçinin, 35/10 kV-luq Alıuşağı yarımstansiyasında da yenidənqurma işləri başa çatıb.  

Yenidənqurma işləri nəticəsində ümumilikdə, 4 kənddə 2 min abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İnvestisiya layihəsi çərçivəsində ölkənin bütün regionlarında, bəzi kənd və qəsəbələrdə elektrik şəbəkələrinin yenilənməsi prosesi paralel şəkildə davam etdirilir.