Azərtaş qızları ilə kamera qarşısında - Fotolar

azertas-qizlari-ile-kamera-qarsisinda
Oxunma sayı: 7060

Tanınmış aparıcı Lalə Azərtaş qızları Gülarə və Solmazla kamera qarşısına keçib.

“Qafqazinfo” xəbər verir ki, Xəzər TV-nin siması yeni fotosessiyasını 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etdiyini açıqlayıb.

Azərtaş instaqram hesabında fotolarını paylaşarkən şəhid övladlarını da unutmayıb.

“Balalarımın simasında bütün uşaqlarımızı Tanrı qorusun. Ataları Vətən üçün canından keçən şəhid balalarını isə hamımız qorumalıyıq! Uşaqlara qarşı terror dayansın! Hər bir uşaq uşaqlığını doyunca yaşaya bilsin”, - deyə aparıcı vurğulayıb.

Qeyd edək ki, fotoların müəllifi Niko Abbasovdur.