Azovda azərbaycanlıların da olduğu gəmidəki yanğın söndürüldü - Ölən var+Yenilənib

azovda-azerbaycanlilarin-da-oldugu-gemideki-yangin-sonduruldu
Oxunma sayı: 4115

Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyinə istinadən “İnterfaks” yayıb.

Bildirilir ki, gəmi heyəti yanğınla mübarizə üçün kömək istəməyib və yanğını özləri söndürməyə çalışıblar.

Məlumata görə, “Aqua” adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfər var.

Vanuatu bayrağı altında üzən gəminin Türkiyənin “Aquas Limited” şirkətinə məxsus olduğu qeyd olunub.

***

Gəmidə baş verən yanğın söndürülüb.

"Yanğın gəminin heyəti tərəfindən söndürülüb. İstintaq orqanları hadisə yerində işləyir. Ehtimal olunur ki, bir nəfər ölüb", - "İnterfaks"a açıqlamada deyilib. 

Qeyd edilib ki, yanğından ətraf mühitə heç bir ziyan dəyməyib.

Yük gəmisinin göyərtəsində taxıl məhsulları olub.