Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlı və heyvan sürüsü (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.
Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.