“Amnesty International” hokumətin əleyhinə olan musiqi qrupunu dəstəkləyir

-amnesty-international-hokumetin-eleyhine-olan-musiqi-qrupunu-destekleyir
Oxunma sayı: 642

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə “Amnesty International”in Rusiya bölməsinin rəhbəri Sergey Nikitin deyib.

“Hal-hazırda “Pussy Riot”un vicdan məhbusu kimi tanınması haqqında qərar verilməyib, lakin bu fakt təşkilatın diqqət mərkəzindədir”, - deyə Nikitin bildirib.

Qeyd edək ki, Moskvada “Pussy Riot” feminist pank qrupu Qızıl Meydanda Vladimir Putinin spontan konsert veriblər. Bu konsertdən sonra qrup üzvləri polis tərəfindən saxlanılıb.

Səkkiz qız Rusiya Baş naziri Vladimir Putinin xalq qiyamından qorxusunu əks etdirən mahnı ifa ediblər. Mahnıda Rusiya qiyamının ssenarisi təklif olunur: bunun üçün ölkə vətəndaşları dövlətin aparıcı yerlərini ələ keçirməli və dəyişikliklərə nail olmalıdırlar.